Trampın xüsusi nümayəndəsi Rusiyaya qarşı çıxdı: "Dayandırın"
26 May 2025
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi kütləvi raket hücumuna reaksiya verib.
Kelloq bu barədə "X" hesabında yazıb.
"Gecə saatlarında qadın və uşaqların öz evlərində qətlə yetirilməsi 1977-ci il Cenevrə Sülh Protokollarının açıq şəkildə pozulmasıdır. Bu hücumlar utancvericidir. Qətliamı dayandırın. Dərhal atəşkəs elan olunmalıdır", - Kelloq qeyd edib.