Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp və Si Cinpin Çinin İranla bağlı mövqeyini müzakirə edəcəklər

Ağ Evin Milli İqtisadiyyat Şurasının direktoru Kevin Hasset bildirib ki, İranla danışıqlar tələsmədən aparılmalıdır.

ISNA xəbər verir ki, o, ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin arasında görüşün də danışıqlara təsir edəcəyini bildirib.

K. Hassetin fikrincə, Çin İranla münasibətləri yenidən qiymətləndirə bilər: "Bu, Tramp və Si Cinpin arasında müzakirə mövzularından biri olacaq".

Qeyd edək ki, Çinin Xarici İşlər Nazirliyi (XİN) Pekinin İranla bağlı mövqeyinin dəyişməyəcəyini açıqlayıb. Çin XİN bunu ABŞ-nin ÇXR-ə aid üç şirkətə qarşı sanksiya tətbiq etməsini şərh edərkən bildirib.

Qeyd edək ki, Tramp mayın 13-də Çinə dövlət səfəri edəcək.