Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: Sidən təminat alıb: Çin İrana hərbi yardım göstərməyəcək

Çin İrana hərbi yardım verməyəcək.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox news" telekanalına bildirib.

Onun sözlərinə görə, Çin sədri Si Cinpin ona bu barədə təminat verib.

"O (Si Cinpin - red.), silah tədarük etməyəcəyini deyib", - Tramp vurğulayıb.

Ağ Ev rəhbəri bildirib ki, Çin lideri Yaxın Şərqdəki münaqişənin nizamlanmasına öz köməyini təklif edib.