Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Rusiya iqtisadiyyatını çökdürərək, müharibəni dayandıra bilər - KİV

ABŞ Prezidenti Donald Tramp Rusiya iqtisadiyyatını çökdürməklə müharibəni bitirə bilər.

Bu barədə “The Teleqragh” nəşri yazıb.

Qeyd olunub ki, Ağ Evin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu ölkənin iqtisadiyyatını çökdürə, nəticədə isə o, müharibədə geri çəkilə bilər.

Bildirilib ki, Qərb Rusiyanın neft və qaz idxalından əldə etdiyi gəlirləri azaltmaq üçün səylərini ikiqat artırmaqla onun döyüş maşınını dayandıra bilər: “Rusiya iqtisadiyyatının enerji və maliyyə kimi əsas sektorlarına qarşı sanksiyaların sərtləşdirilməsi bu dövlətin aqressiv siyasətinə yenidən baxmasını zərurətə çevirə bilər”.

Xatırladaq ki, Tramp daha əvvəl neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu bildirib.