Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp mayın 19-da Putinə zəng edəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp mayın 19-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.

Bu barədə Tramp sosial media hesabındakı paylaşımında bildirib.

Tramp Ukraynada atəşkəsə ümid etdiyini vurğulayaraq, Putindən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edəcəyini qeyd edib.

O, bir sıra NATO üzvü ölkələrin liderləri ilə də telefon danışığı aparacağını əlavə edib.

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov dan Rusiya və ABŞ liderləri arasında telefon danışığının baş tutması üçün hazırlıq işlərinin getdiyini açıqlayıb.

Kreml rəsmisi məlumatı "TASS" agentliyinə təsdiqləyib.

“Danışığın baş tutması üçün hazırlıqlar gedir”, – deyə Peskov qeyd edib.