Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: "İtaliya kömək etmədi, İspaniya dəhşətli davrandı" – Qoşunları çıxara bilər

ABŞ prezidenti Donald Tramp İtaliya və İspaniyadan Amerika qoşunlarının bir qismini çıxarmaq ehtimalını istisna etmədiyini bildirib. Bunu həmin ölkələrin İranla müharibədə ABŞ rəhbərliyi ilə razılaşmaması ilə əsaslandırıb.

"Bunu nəzərdən keçirə bilərəm, niyə də yox. İtaliya bizə heç bir şəkildə kömək etmədi, İspaniya isə dəhşətli davrandı, sadəcə dəhşətli", – Tramp Ağ evdə jurnalistlərə deyib.

Bir gün əvvəl ABŞ lideri Almaniyada da qoşun sayını azaltmağı təklif edərək "ən qısa müddətdə" qərar verəcəyini bildirmişdi.

AFP-nin məlumatına görə, 2025-ci ilin sonuna olan rəqəmlərə əsasən, İtaliyada təxminən 12.5 min, İspaniyada 3 min 800-dən çox, Almaniyada isə təxminən 36.5 min ABŞ hərbçisi yerləşdirilib.

Tramp bundan əvvəl NATO müttəfiqlərini ABŞ və İsrailin İrana qarşı əməliyyatına dəstək vermədiyinə görə kəskin tənqid edib. Apreldə "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə İtaliyanın baş naziri Corca Melonini İran məsələsində "cəsarətsiz" adlandırıb.

Ötən ay isə Tramp İspaniyaya qarşı sərt addımlar ata biləcəyini bildirərək İrana qarşı əməliyyatlarda ABŞ hərbçilərinin öz bazalarından istifadəsinə icazə vermədiyinə görə bu ölkəni genişmiqyaslı ticarət embarqosu ilə hədələyib.

Tramp Mertsi tənqid etdi: Ukraynaya vaxt ayır, İrana yox

ABŞ prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb ki, Almaniya kansleri Fridrix Merts "Rusiya-Ukrayna müharibəsini bitirməyə daha çox vaxt ayırmalı, İranın nüvə təhlükəsinin aradan qaldırılmasına isə daha az qarışmalıdır."

Son günlərdə Trampla Merts arasında gərginlik yaranıb. Bunun səbəbi Almaniya kanslerinin İranın müharibəni dayandırmaq üzrə danışıqlarda ABŞ-ni alçaltdığını deməsidir.

Aprelin 28-də Tramp bildirib ki, Merts nə danışdığını bilmir.