Tramp İran rəhbərliyi ilə əlaqə saxlayıb
30 Yanvar 2026
ABŞ Prezidenti Donald Tramp son günlər İran rəhbərliyi ilə əlaqə saxlayaraq Tehranı nüvə silahı hazırlamamağa və etirazçılara qarşı qeyri-mütənasib güc tətbiq etməməyə çağırıb.
Bu barədə Amerika lideri Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Bəli, bunlar olub və mən onları davam etdirməyi planlaşdırıram", - deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, təmasları zamanı onlara iki şərt qoyub: birincisi, nüvə silahından imtina; ikincisi, etirazçıları öldürməyi dayandırmaq.
"Bir çox böyük və güclü ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri İrana doğru gedir. Onlardan istifadə etməsəydik, əla olardı", - deyə Amerika lideri əlavə edib.