Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Traktor”la “Qarabağ” arasında maraqlı təbrik yazışması

Xəbər verdiyimiz kimi Təbrizin “Traktor” klubu tarixində ilk dəfə İran Pro Liqasının çempionu olub.

“Traktor”un uğuru ölkəmizdə də böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Gün ərzində Azərbaycan klublarından təbrik mesajları alan “Traktor” “Qarabağ”ın paylaşımına maraqlı cavab verib:

“Bu gün gülümsəyirik, Qarabağ azad olduğu kimi, “Traktor” da zirvəyə çatdı! “Qarabağ” FK-nın təbriklərinə təşəkkür edirik!”