Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Tehran ABŞ ilə dialoq istəmir” - Əraqçi

“ABŞ ilə dialoq üçün heç bir səbəb yoxdur, Tehran heç bunun üçün maraqlı da deyil”.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “CBS News” kanalında yayımlanan “Face the Nation with Margaret Brennan” verilişində verdiyi müsahibədə deyib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın iddialarının əksinə İran müharibəni bitirmək üçün ABŞ‑dən razılaşma istəmir.

Nazir İranın ABŞ və İsrail qarşısında özünü müdafiə etməyə tam hazır olduğunu vurğulayıb.