Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sürücü yuxuladı, avtomobil dərəyə aşdı - Lerikdə qəzada 7 nəfər yaralanıb

Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza səhər saatlarında qeydə alınıb.

Belə ki, Bakıdan Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı minik avtomobili idarəetməni itirərək dərəyə aşıb.

Hadisə nəticəsində avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

TƏBİB-dən bildirilib ki, 31.12.2025-ci il tarixində saat 10:15 radələrində Lerik rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i qadın, 6-sı kişi) olmaqla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub. 

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Baş Dövlət Yol Polisi İdarəsindən hadisə ilə bağlı bildirilib ki, sürücünün sükan arxasında yuxuladığı ehtimal olunan sözügedən yol qəzası bir daha deməyə əsas verir ki, yorğun, yuxusuz halda sükan arxasına əyləşmək həyat və sağlamlıq üçün hər zaman ciddi təhdiddir.

Faktla bağlı araşdırma aparılır.