Logo
news content
User
Kateqoriyalar

Xəbər

Suriya təzyiq qarşısında geri çəkildi - Ölkənin cənubuna İsrail nəzarət edəcək

İordaniyada keçirilən son danışıqlarda Suriyanın yeni hökuməti ölkənin cənubundakı bufer zonaya nəzarəti İsrailə verməyə hazır olduğunu bildirib.

Bu barədə Livanın "Al-Akhbar" qəzeti mənbəyə istinadən məlumat verib.

Qeyd olunur ki, söhbət hazırda İsrail ordusunun (SAXAL) nəzarətində olan təxminən 1% ərazidən gedir.

Qəzetin yazdığına görə, Suriya 600 kilometrlik bufer zonasına nəzarətdən imtina etməyə razılaşıb.