Səfirliyimizə hücum edən şəxs edam olundu
21 May 2025
Azərbaycanın Tehrandakı Səfirliyinə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə ilə bağlı məhkəmənin edam qərarı icra olunub.
“ISNA” agentliyi xəbər verir ki, məhkəmənin qərarı bu gün səhər saatlarında həyata keçirilib.
Xatırladaq ki, ötən ilin yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı terror hücumu həyata keçirilib.
Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş - Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.