Sarqsyan parlament seçkilərində iştirak etməyəcək
04 Aprel 2026
Ermənistan Respublika Partiyasının sədri, ölkənin üçüncü prezidenti Serj Sarqsyan qarşıdan gələn seçkilərdə iştirak etməyəcəyini təsdiqləyib.
Ermənistan mediası xəbər verir ki, o bu barədə Ermənistan Respublika Partiyasının 18-ci qurultayı öncəsi danışıb.
Müxalifət qüvvələrindən hansını - Samvel Karapetyanı, yoxsa Arman Tatoyanı dəstəkləyə biləcəyi ilə bağlı sualı cavablandıran Sarqsyan bildirib ki, bu barədə bu gün seçkilər ərəfəsində keçirilən Ermənistan Respublika Partiyasının növbəti qurultayında elan ediləcək.
O, həmçinin qeyd edib ki, Ermənistan Respublika Partiyası bütün müxalifət qüvvələrini dəstəkləyir.