Şahbaz Şərif yenə Azərbaycana gələcək
22 May 2025
Pakistanın Baş naziri Şahbaz Şərif gələn həftə Türkiyə, İran və Azərbaycana səfər etməyə hazırlaşır.
Bu barədə "Dailytimes" məlumat yayıb.
Səfər Hindistanla artan gərginlik fonunda diplomatik əlaqələri gücləndirmək və dəstək qazanmaq məqsədi daşıyır.
O, Hindistanla davam edən qarşıdurma zamanı göstərdikləri dəstəyə görə minnətdarlığını bildirmək üçün bu ölkələrin yüksək səviyyəli liderləri ilə görüşəcək.