Rutte NATO ölkələrinə ÜDM-nin 0,25%-ni Ukraynaya ayırmağı təklif edib
14 May 2026
NATO-nun baş katibi Mark Rutte təşkilata üzv dövlətlərin ÜDM-sinin 0,25%-nin Ukraynaya ayrılmasını təklif edib.
Bu barədə “Politico” mənbələrə istinadən məlumat verib.
Məlumata görə, Rutte bu təklifi aprelin sonlarında NATO səfirlərinin qapalı iclasında irəli sürüb.
Əgər onun təklifi müttəfiqlər arasında dəstək qazanarsa, alyansın illik ayırdığı vəsait üçqat artaraq 143 milyard dollara çatacaq.
Məsələnin gələn həftə İsveçin Helsinqborq şəhərində keçiriləcək NATO xarici işlər nazirlərinin iclasında yenidən müzakirə olunacağı bildirilir.