Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyaya tankeri Türkiyə sahillərində PUA ilə vurulub

Türkiyə sahilləri yaxınlığında Rusiyanın “kölgə donanması”na aid olduğu ehtimal edilən “Elbus” adlı neft tankerinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edilib.

Bu barədə “Ortadoğu Gazetesi” məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində Palau bayrağı altında üzən tanker Kastamonudan təxminən 50 km aralıda gövdəsinin yuxarı hissəsindən zədələnib.

Ekspertlərin bildirdiyinə görə, zədənin xarakteri hücumun kamikadze dron vasitəsilə həyata keçirildiyini göstərir. Hazırda tanker İnebolu limanına doğru yedəklə aparılır.