Rusiyanın Kiyevə zərbələri nəticəsində 15 nəfər ölüb
01 Avqust 2025
Rusiyanın Kiyevə endirdiyi raket zərbələri nəticəsində 15 nəfər həlak olub.
Bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.
"On beşinci şəxsin ölməsi ilə bağlı məlumat daxil olub. Təəssüf ki, dağıntılar altında ola biləcək insanların sayı ilə bağlı ən pis proqnozlar təsdiqlənir", - o teleqram kanalında yazıb.
Həmçinin 14-ü uşaq olmaqla 145 nəfərin yaralandığı qeyd edilib.
Axtarış-xilasetmə əməliyyatları davam edir.