Rusiya Sumıya zərbələr endirib, 5 nəfər ölüb, 30 yaralı var
12 İyul 2026
Rusiyanın Ukraynanın Sumı şəhərinə hücumu nəticəsində 5 nəfər ölüb.
Bu barədə Sumı Regional Hərbi Administrasiyasının rəisi Oleq Qriqorov "Telegram"da məlumat yayıb.
Rusiya qüvvələri Sumı şəhərinin Zareçnı rayonunda mülki infrastruktura üç idarə olunan hava bombası atıb, nəticədə dörd nəfər ölüb. Daha sonra ağır yaralanan şəxslərdən biri xəstəxanada ölüb, ölənlərin sayı beşə çatıb.
Ölənlər arasında 13 yaşlı qız da var.
Zərbələr nəticəsində 30 nəfərin yaralanıb, onlardan 5 nəfərin vəziyyəti ağır sayılır.