Rusiya gecə ərzində Ukraynaya 200-dən çox PUA ilə hücum edib
12 May 2026
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ötən gecə Rusiya Ukrayna ərazisinə 200-dən çox pilotsuz uçuş aparatı (PUA) buraxıb.
Ukrayna Prezidenti bu barədə sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, Rusiya qüvvələri həmçinin 80-dən çox aviabomba tətbiq edib və 30-dan çox aviazərbə endirib.
PUA-lar Dnepropetrovsk, Jitomir, Nikolayev, Sumı, Xarkov və Çerniqov vilayətlərində, həmçinin Kiyev və Kiyev vilayətində vurulub.
Ukrayna Prezidenti bildirib ki, hücumlar nəticəsində enerji obyektləri, çoxmənzilli binalar və uşaq bağçası zərər görüb.
O həmçinin bəyan edib ki, Ukrayna Rusiyanın hərəkətlərinə cavab verəcək, müharibənin dayandırılması və davamlı atəşkəsə nail oluncaq.