Logo
news content
User
Kateqoriyalar

Xəbər

Roma Papası XIV Leo papalıq hakimiyyətinin rəmzlərini qəbul edib

Vatikanda Roma Papası XIV Levin taxta çıxma mərasimi keçirilib. 

XIV Leo papalıq hakimiyyətinin simvollarını – “balıqçı üzüyü” və pallium (xaçlarla işlənmiş yun lenti) alıb. 

Bu qədim ritual 267-ci Roma Papasının pontifikatının rəsmi başlanğıcını qeyd edir.

Meydanda çoxsaylı dindarlar, həmçinin 150-dən çox xarici dövlət nümayəndə heyəti, kral ailələrinin və dini konfessiyaların nümayəndələri iştirak ediblər. Onların arasında İspaniya Kralı VI Filip, Belçika Kralı Filip, İtaliya Baş naziri Corca Meloni, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen olub. Bundan başqa, Vatikanda ABŞ vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio iştirak ediblər.

Mərasimdə Azərbaycanı Milli Məclisin (parlament) sədri Sahibə Qafarova təmsil edir.