Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qurumun rəhbəri: ABŞ-də 18 min terrorçu var

Amerikanın ABŞ Terrorla Mübarizə Milli Mərkəzi terror təşkilatlarının ən azı 18 min təsdiqlənmiş üzvünün və oxşar qanun pozuntularında şübhəli bilinənlərin ABŞ-də olduğunu güman edir.

Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Daxili təhlükəsizlik komitəsində keçirilən dinləmələrdə qurumun rəhbəri Cozef Kent danışıb.

"Hazırda ölkədə sabiq prezident Co Baydenin dövründə ABŞ-yə gələn 18 min terrorçu və şübhəli var", - Kent bildirib.

Nümayəndələr Palatasının üzvləri təəccüblənəndə isə Cozef Kent: "Bu, yalnız bizim bildiklərimizdir", - deyib.