Qəddafinin oğlu öldürülüb
04 Fevral 2026
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ölkənin qərbdəki Əz-Zintan şəhərində öldürülüb.
Bu məlumatı "Libya al-Ahrar" telekanalı yayıb.
Əl-İslama yaxın mənbələrinin verdiyi məlumata görə, ona naməlum yaraqlılar hücum edib. Hadisənin əlavə təfərrüatları hələlik açıqlanmayıb.
Seyf əl-İslam 2021-ci ildə Liviya prezidentliyinə ümumi seçkilərdə namizədliyini irəli sürmək planlarını açıqlayıb. Seçkilərin həmin ilin sonlarında keçirilməsi planlaşdırılsa da, sonradan baş tutmayıb.
2023-cü ildə BMT Baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi və BMT-nin ölkədəki dəstək missiyasının rəhbəri Əbdülay Batili Qəddafinin böyük oğlunun prezidentliyə namizədliyini irəli sürə biləcəyini təsdiqləyib.