Qalibaf Avropa və ABŞ-ı hədələdi: 4–5 dollar olan benzinin həsrətini çəkəcəksiniz
13 Aprel 2026
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf yanacaq qiymətlərinin artması ilə bağlı paylaşım edib və ABŞ ilə Avropanın aparıcı şirkətlərinin benzin tapmaqda çətinlik çəkdiyinə eyham vurub.
Qalibaf bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Hazırkı artım rəqəmlərindən zövq alın, belə blokada ilə tezliklə siz qiyməti $4–$5 olan benzinin həsrətini çəkəcəksiniz", - o bildirib.