Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinin və Paşinyanın yaxın vaxtlarda ünsiyyəti planlaşdırılmır

Yaxın vaxtlarda Rusiya Federasiyasının prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın ünsiyyəti planlaşdırılmayıb.

Rusiya mediası xəbər verdiyinə görə, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov qeyd edib ki, əvvəllər tərəflər arasında təmaslar artıq baş tutub.

"Xeyr, onlar (təmaslar) bu yaxınlarda olub, ona görə də belə planlar yoxdur", - o deyib.