"Politico": Almaniya artıq müharibə planı çərçivəsində hərəkət edir
31 Dekabr 2025
Almaniya ortaq təhlükə mənzərəsinin yaradılması üzərində işləyir və ehtimal olunan eskalasiyanın beş mərhələsindən birincisi üçün logistik və müdafiə tədbirləri hazırlayır, bunun ssenarisi "Almaniya üçün əməliyyat planı"nda (OPLAN) əks olunub.
Bu barədə "Politico" qəzetinin Avropa versiyası əlində olan sənədə istinadən məlumat verib.
Noyabr ayında ABŞ-nin "The Wall Street Journal" qəzeti əldə etdiyi planın materiallarına istinadən iddia etmişdi ki, Almaniya Silahlı Qüvvələri Rusiya ilə müharibə olacağı təqdirdə ssenari hazırlayır və bu ssenariyə əsasən, 800 min NATO əsgəri şərqdəki mümkün cəbhə xəttinə köçürüləcək, lakin bu xətt Almaniyanın özünün ərazisindən keçməyəcək. Qəzetin o vaxt qeyd etdiyi kimi, belə bir ssenarinin hazırlanmasında Almaniyanın əsas çətinlikləri hərbi çağırış və məlumatların qorunması kontekstində sülh dövrünə yönəlmiş bürokratiya, ölkənin infrastrukturunun münaqişəyə hazır olmaması, eləcə də yeni təhdidlərin, xüsusən də PUA-ların kütləvi istifadəsinin nəzərə alınması zərurəti olaraq qalır.
"OPLAN erkən təhdidlərin müəyyən edilməsi və qarşısının alınmasından tutmuş milli müdafiəyə, NATO-nun kollektiv müdafiəsinə və münaqişədən sonrakı bərpaya qədər beş mərhələli eskalasiya modeli təsvir olunub. Sənəddə qeyd olunur ki, Almaniya hazırda birinci mərhələ çərçivəsində hərəkət edir və burada ümumi təhdid mənzərəsinin hazırlanmasına, hökumətdə hərəkətlərin koordinasiyasına və logistik və qoruyucu tədbirlərin hazırlanmasına diqqət yetirir", - deyə nəşr əldə etdiyi planın 24 səhifəlik qısaldılmış versiyasına istinadən bildirib.