Pezeşkian: Qətərdə bloklanmış 6 milyard dollarımız geri qaytarılacaq
21 İyun 2026
Bu gün İsveçrədə danışıqlar prosesinin başlaması ilə Qətərdə bloklanmış 6 milyard dollarımız geri qaytarılacaq.
Bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, ABŞ-nin sanksiyaları səbəbindən İranın neft satışından əldə etdiyi vəsaitlər bəzi ölkə banklarında bloklanıb:
"Tehran hökuməti ABŞ-la danışıqlarda sanksiyaların aradan qaldırılmasını və bloklanmış vəsaitlərin geri qaytarılmasını istəyir".
O, ABŞ ilə əldə edilən razılaşmanın şərtlərinin ölkəsinin xeyrinə olduğunu bildirib.