Logo
news content
User
Kateqoriyalar

Xəbər

Peskov Zelenskiyə müraciət etdi: Putinlə danışmaq istəyirsə, Moskvaya gələ bilər

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq istəyirsə, Moskvaya gələ bilər.

Rusiya KİV-i xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

"Zelenski danışıqlar təklif edir. Putin deyib ki, bunlar Moskvada mümkündür. Bu bizim mövqeyimiz olaraq qalır və kifayət qədər məntiqli mövqedir", - o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya tərəfinin iki ölkə prezidentləri arasında danışıqların keçirilməsi təklifinə cavab olaraq Zelenski Putinin Kiyevə gələ biləcəyini bildirmişdi. Onun sözlərinə görə, Ukrayna müharibənin real vəziyyətdə başa çatması, həmçinin nəticəli ola biləcək görüş barədə konstruktiv şəkildə razılaşmaq istəyir.