Orban iqtidara qayıtmaq niyyətindədir
14 İyun 2026
Macarıstanın keçmiş Baş naziri Viktor Orban daha bir il müddətinə Fidesz-Macarıstan Vətəndaş Birliyi Partiyasının sədri seçilib.
Qərar partiyanın Budapeştdə keçirilən milli qurultayında qəbul edilib.
Viktor Orbanın lehinə 729 nümayəndə səs verib, 8 nəfər bitərəf qalıb.
Qurultayda həmçinin yeni partiya rəhbərlərinin müavinləri və ölkənin bütün bölgələrini təmsil edəcək idarəetmə şurasının üzvləri seçilib. Nümayəndələr FİDES-i kökündən yenidən qurmaq, üzvlərini yeniləmək və seçicilərin, xüsusən də gənclərin dəyişən baxışlarını və tələblərini nəzərə alan yeni bir partiya proqramı hazırlamaq qərarına gəliblər.
Orban təslim olmaq niyyətində olmadığını və FİDES-in hakimiyyətə qayıtmasını təmin etmək üçün mübarizə aparacağını bildirib.