NATO ölkələrinin Baş Qərargah rəisləri Kiyev üçün təminatları müzakirə edir
21 Avqust 2025
NATO-ya daxil olan bəzi ölkələrin Baş Qərargah rəisləri Kiyev üçün təhlükəsizlik təminatlarının müzakirəsinə davam edirlər.
Bu barədə "Reuters" Vaşinqtondakı mənbəyə istinadən yazır.
Mənbənin sözlərinə görə, qərarların qəbulu üçün son tarix yoxdur, çünki təhlükəsizlik təminatları ilə bağlı təkliflər ordu deyil, NATO-ya üzv dövlətlərin liderləri tərəfindən hazırlanmalıdır.
Qeyd edək ki, avqustun 20-də NATO ölkələrinin müdafiə nazirləri və baş qərargah rəisləri arasında telekörpü keçirilib və bu görüşdə tərəflər Ukraynanı dəstəklədiklərini bir daha təsdiqləyiblər.