Logo
news content
User
Kateqoriyalar

Xəbər

NATO baş katibi: "Ukrayna ərazilərin itirilməsini hüquqi cəhətdən tanımamalıdır"

Avqustun 15-də Alyaskada keçiriləcək ABŞ-Rusiya sammitinin nəticəsindən asılı olmayaraq, Avropa ölkələri hesabına Ukraynaya Amerika silahlarının tədarükü davam edəcək.

Bunu NATO-nun baş katibi Mark Rutte Amerikanın “CBS News” telekanalına müsahibəsində deyib.

“Tamamilə doğrudur, onlar davam etdirəcəklər”, - o, bununla bağlı sualı cavablandırarkən deyib.

"Beləliklə, Niderlandın, daha sonra isə skandinaviyalıların üzərinə öhdəlik götürdüyü ilk iki paketimiz artıq var. Yaxın günlərdə və həftələrdə əlavə açıqlamalar gözləyirəm. Bu, son dərəcə vacibdir", - Rutte əlavə edib.

Baş katibi Mark Rutte "ABC News" telekanalına müsahibəsində isə bildirib ki, Ukrayna üzrə danışıqlarda ərazilərə Rusiyanın faktiki nəzarətini tanımaq lazımdır. Lakin bunu hüquqi baxımdan rəsmiləşdirmək olmaz.

Eyni zamanda, NATO-nun baş katibi əlavə edib ki, Ukrayna ərazilərin itirilməsini hüquqi cəhətdən tanımamalıdır.