Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müxalif "Ermənistan" bloku mandatları almaq qərarına gəlib

"Ermənistan" bloku iyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərinin yekunlarına əsasən əldə edilmiş mandatlardan istifadə etmək niyyətindədir.

Ermənistan mediası istinadən xəbər verir ki, bu barədə blokun bəyanatında bildirilib.

Qeyd olunub ki, Konstitusiya Məhkəməsinin qərarından sonra blok gələcək mübarizə strategiyası ilə bağlı öz mövqeyini açıqlamağı zəruri hesab edir.

"Ermənistan" blokundan bildirilib ki, parlament statusu vəzifə və ya rahatlıq deyil, əlavə alət, hüquqi, eləcə də siyasi arsenal və gündəlik əks-tədbirlər üçün imkandır.

Daha əvvəl Samvel Karapetyanın müxalif - "Güclü Ermənistan" bloku da deputat mandatlarını götürmək və parlamentin işində iştirak etmək barədə qərar qəbul edib.