Mövlud Çavuşoğlunun güllələnən qardaşı ölüb
17 May 2026
Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu vəfat edib.
Bu barədə Türkiyə mediası xəbər verir.
Məlumata görə, 12 gün əvvəl ofisində ağır yaralı vəziyyətdə tapılan Aydın Çavuşoğlu reanimasiyada yaşam mübarizəsi aparsa da, bu gün həyatını itirib.
Onun cənazəsinin mayın 18-i saat 14:00-da Türklər Mərkəz Qəbiristanlığına dəfn ediləcəyi bildirilib.