Moskvaya kütləvi PUA hücumu həyata keçirilir
07 May 2026
Moskvaya kütləvi PUA hücumu həyata keçirilir.
31 Ukrayna dronunun vurulduğu bildirilib.
Kütləvi PUA hücumu ilə əlaqədar Moskva hava limanlarında məhdudiyyətlər tətbiq olunub. 100-dən çox reysin təxirə salındığı bildirilib.
***
11:30
Moskva istiqamətində uçan Ukraynanın dörd pilotsuz uçuş aparatı vurulub.
Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
Onun sözlərinə görə, dronların hissələrinin düşdüyü yerlərdə operativ xidmətlər çalışır.
Mer vurğulayıb ki, sutka ərzində Moskva istiqamətində vurulan Ukrayna dronlarının sayı 24-ə çatıb.