Moravietski: “Sanksiyalar Ukraynaya sülh gətirməli, Putini dayandırmalı idi”
02 Aprel 2022
Rusiyaya qarşı yeni cəza tədbirlərinin görülməsini təklif edir.
Polşa və Baltikyanı ölkələr Avropa İttifaqının (Aİ) Rusiyaya sanksiyalarının birinci raundunun uğursuz olduğunu və məqsədinə çatmadığını, Rusiya Prezidenti Vladimir Putini müharibəni dayandırmağa məcbur etmədiyini bildiriblər.
Bunu Polşanın Baş naziri Mateuş Moravietski “Twitter“ hesabında paylaşıb.
Onun sözlərinə görə, bəzi Aİ liderləri sanksiyalarla öz fəaliyyətsizliklərini pərdələməyə çalışırlar:
“Sanksiyalar Ukraynaya sülh gətirməli idi. Sanksiyalar Putini dayandırmalı idi. Əgər bunu edə bilmirlərsə, deməli kifayət qədər güclü deyillər”.
Qeyd edək ki, Moravietski daha əvvəl Polşanın Rusiyadan hər növ enerji idxalını ilin sonunadək dayandıracağını bəyan edib. Polşa hökumətinin əvvəlcə aprel-may aylarında Rusiyadan kömür idxalını dayandıracağı gözlənilir.