Logo
news content
User
Kateqoriyalar

Xəbər

Meksikada narkokartel lideri öldürülüb, iğtişaşlar başlayıb

Meksikanın bir neçə regionunda "Xalisko Yeni Nəsil" (CJNG) narkokartelinin "El Menço" ləqəbli başçısı Nemesio Oseqera Servantesin məhv edilməsindən sonra avtomobil yollarının kütləvi şəkildə bağlanması, maşınların və kommersiya müəssisələrinin yandırılması qeydə alınıb.

Bu barədə yerli KİV xəbər verir.

Məlumata görə, əməliyyat Talpa-de-Alyende bələdiyyəsində (Xalisko ştatı) keçirilib. Hüquq-mühafizə orqanlarının fəaliyyətinə cavab olaraq ölkənin altı regionunda, o cümlədən Xalisko, Miçoakan, Kolima, Tamaulipas, Quanaxuato və Aquaskalyentes ştatlarında kartel üzvləri avtomobil yollarını bağlamağa başlayıblar.

Servantes "El Çapo" ləqəbli Xoakin Qusmanın həbsindən sonra ölkənin ən güclü narkobaronu hesab edilirdi. Kartel narkotrafikin böyük hissəsinə nəzarət edir və Meksikanın bir çox ştatında fəaliyyət göstərir.