Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Mehr": Qətər İrana 12 milyard dollar verməyə hazırdır

İranın dondurulmuş səhmlərinin yarısı ABŞ ilə danışıqların ilkin mərhələsində geri qaytarıla bilər.

Bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

"İran bu vəsaitlərin yarısının memorandumun ilkin mərhələlərində, digər yarısının isə yekun razılaşma zamanı blokdan çıxarılmasını təklif edib, lakin bu təklif Amerika tərəfindən qəbul edilməyib", - məlumatda bildirilib.

Qeyd olunub ki, Qətər tərəfi yeni planla problemi aradan qaldırmağa çalışıb:

"Bu plana əsasən İran 12 milyard dollar əldə edəcək, bura İranın Qətərdəki 6 milyard dollarlıq dondurulmuş aktivlərinin blokdan çıxarılması və kredit, yaxud kredit xətti formasında əlavə 6 milyard dollar daxildir.

İran və ABŞ arasında 2023-cü il razılaşmasına əsasən (mərhum Prezident İbrahim Rəisinin hökuməti dövründə), İranın Qətərdəki aktivlərindən 6 milyard dollar humanitar ehtiyaclara yönəldilməlidir. Həmçinin qərara alınıb ki, bu vəsaitlərin xərclənmə qaydası əvvəlki kimi həmin çərçivə razılaşmasına tabe olacaq".