Logo
news content
User
Kateqoriyalar

Xəbər

Macarıstanda müxalifət qələbə çalıb, Orban rəqibini təbrik edib

Macarıstanda parlament seçkiləri keçirilib. 

İlkin məlumata görə, seçkilərdə Peter Macarı başçılıq etdiyi “Tisa” partiyası qələbə qazanıb.

Macarıstanın baş naziri Viktor Orban müxalif “Tisa” partiyasının lideri Peter Macarı seçkilərdə qələbə münasibətilə təbrik edib. Bu barədə Peter Macar "X" sosial şəbəkəsində yazıb. 

Onun sözlərinə görə, Orban telefonla zəng edərək partiyasını qələbə münasibətilə təbrik edib.

“Tisa” partiyasının 199 yerlik parlamentdə üçdə iki səs çoxluğu əldə edəcəyi və 128-135 deputat yeri qazanacağı gözlənilir. Hazırkı baş nazir Viktor Orbanın “FİDES” partiyası 57-62 mandata sahib olacaq. 

Qeyd edək ki, seçkilərdə ölkə tarixində rekord səviyyədə seçici fəallığı qeydə alınıb. Belə ki, seçicilərin 77,8 faizinin səs verdiyi bildirilir.