Livan Prezidenti İsrail Baş naziri ilə danışıqlardan imtina edib
16 Aprel 2026
Livan Prezidenti Cozef Aun İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlardan imtina edib.
Bu barədə "Ynet" portalı Livanın "LBCI" portalına istinadən məlumat yayıb.
Livan Prezidenti bu qərarı barədə ABŞ dövlət katibi Marko Rubionu bugünkü telefon danışığı zamanı məlumatlandırıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp iki lider arasında telefon danışığının aparılmasına hazırlıq getdiyini bəyan etmişdi. İsrail və Livanın müxtəlif media orqanları bu məlumatı təsdiqləyir və ya təkzib edirdi.