Logo
news content
User
Kateqoriyalar

Xəbər

Küveyt limanı PUA və raketlərlə vurulub

Bubiyan adasındakı (Küveyt) "Mübarək əl-Kəbir" limanının infrastrukturu hücuma məruz qalıb.

Bu barədə Küveytin İctimai İşlər Nazirliyinin məlumatında deyilir.

Qeyd olunub ki, infrastruktur PUA və qanadlı raketlərin hücumuna məruz qalıb, maddi ziyan dəyib, itki yoxdur.

Hakimiyyət orqanlarının məlumatına görə, bu gün səhər saatlarında Küveyt paytaxtının sənaye rayonunda yerləşən Əş-Şüveyh limanı da pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Dəymiş maddi ziyanın məbləği dəqiqləşdirilmir.