Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kreml Türkiyənin S-400-ləri satması məsələsinə münasibət bildirib

Türkiyənin Rusiyanın S-400 zenit-raket komplekslərini satması mövzusu olduqca həssas məsələdir.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiyanın bu məsələ üzrə Türkiyə ilə təmasları olub və bu təmaslar davam edəcək.

Qeyd edək ki, Türkiyə mediası bu gün Ankaranın ABŞ-ın sanksiyalarından yayınmaq üçün S-400-ləri Körfəz ölkələrindən birinə satdığına dair məlumat yayıb.