Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Klyuçevskaya sopka" vulkanı püskürüb, lava axını qeydə alınıb

Kamçatka diyarında regionda baş verən böyük zəlzələdən sonra "Klyuçevskaya sopka" vulkanının püskürməsi qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının məlumatında bildirilir.

"Hazırda vulkanın püskürməsi baş verir", - məlumatda deyilir.

"Klyuçevski sopka" vulkanının püskürməsi zamanı qərb yamacı boyunca qaynar lava axını müşahidə olunur. "İlkin məlumat. Qərb yamacı boyunca qaynar lava axını müşahidə olunur. Vulkan üzərində güclü parıltı, partlayışlar var", - məlumatda deyilir.

Qeyd edək ki, dünən Kamçatkada 1952-ci ildən bəri ən güclü, 8,7 maqnitudalı zəlzələ baş verib. Sunami təhlükəsi elan edilib.