Kamala Harris 2028-ci il prezident seçkisində iştirak edə biləcəyini deyib
11 Aprel 2026
ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris 2028-ci ildə keçiriləcək prezident seçkisində yenidən iştirak edə biləcəyini bildirib.
“RIA Novosti” xəbər verir ki, o, Nyu-Yorkda forum zamanı bu ehtimalı nəzərdən keçirdiyini deyib.
Məlumata görə, o, artıq yeni prezident kampaniyasının başlanğıcı kimi qiymətləndirilən addımlar atıb.
Xatırladaq ki, 2024-cü ilin yayında Harris debatlarda uğursuz çıxış edən Co Baydeni əvəz edərək prezidentliyə namizəd olub, lakin seçkidə Donald Trampa məğlub olub.
Növbəti prezident seçkiləri ABŞ-də 2028-ci ilin noyabrında keçiriləcək.