Logo
news content
User
Kateqoriyalar

Xəbər

İtaliyada dünyanın ən uzun asma körpüsü inşa olunacaq

İtaliyada dünyanın ən uzun - materiklə Siciliya adasını birləşdirəcək asma körpünün tikintisi planlaşdırılır.

Bu barədə "Associated Press" məlumat yayıb.

İnfrastruktur layihəsinin icrası 13,5 milyard avroya başa gələcək.

İtaliyanın nəqliyyat naziri və baş nazirin müavini Matteo Salvini bildirib ki, Messina boğazından keçən körpü Qərbdə ən böyük infrastruktur layihəsi olacaq.

Onun sözlərinə görə, bürokratik gecikmələrə baxmayaraq, körpünün 2032-2033-cü illərdə tamamlanması planlaşdırılır.