Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsraildə "Tomer" müdafiə şirkətinin poliqonunda partlayış olub

İsraildə, Qüds ətrafındakı Beyt-Şemeş şəhəri yaxınlığında dövlətə məxsus "Tomer" müdafiə şirkətinin sınaq poloqonunda güclü partlayış baş verib.

"Times of Israel" qəzetinin məlumatına görə, hadisə əvvəlcədən planlaşdırılmış sınaq nəticəsində baş vermiş ola bilər.

Raket mühərrikləri və sursatları hazırlayan "Tomer" şirkəti partlayışın plana uyğun olaraq həyata keçirilən əvvəlcədən planlaşdırılmış təcrübə olduğunu bildirib.