Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail yenidən İrana hücum etmək barədə düşünür

İsrailin Baş naziri Benyamin Netanyahu dekabrın 29-da Floridada ABŞ Prezidenti Donald Tramp ilə İrana təkrar zərbələr endirmək imkanlarını müzakirə edəcək.

"NBC News" bu barədə mənbələrə istinadən xəbər verib.

Mənbələrin məlumatına görə, Netanyahu Tehranın genişlənən raket proqramının və İsrail, region, ABŞ-nin maraqları üçün təhdid kimi qəbul edilən nüvə obyektlərinin bərpasının sübutlarını təqdim etmək niyyətindədir.

İsrailin baş naziri yeni hücum üçün İranın addımlarının təkcə Təl-Əviv üçün deyil, həm də Vaşinqtonun maraqları da daxil olmaqla bütün region üçün təhlükə yaratmasını arqument olaraq gətirəcək.