İsrail ordusu Yəmənin prezident sarayını vurub
25 Avqust 2025
İsrail ordusu Yəmənin paytaxtı Səna bölgəsindəki "Ənsar Allah" üsyançı hərəkatının hərbi obyektlərinə, o cümlədən prezident sarayı kompleksinə, iki elektrik stansiyasına və yanacaq anbarına zərbələr endirib.
Bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.
İsrail ordusu zərbələrin husilərin son günlərdəki hücumlarına cavab olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl husilər İsrailə hipersəs raketləri və kaset bombası atıblar.