Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail Livana hücumları bərpa etsə, İran Pakistanda ABŞ-la danışıqları dayandıracaq

İran İsraili Livanda hərbi əməliyyatları dayandırmağa məcbur edib.

Bu barədə anonim mənbə “Press TV“-yə bildirib.

Mənbənin sözlərinə görə, İran Livana hücumların dayandırılmasını danışıqların keçirilməsinə tələb kimi irəli sürüb.

Mənbə deyib ki, İran nümayəndə heyətinin İslamabada səfəri İsrailin Livana hücumlarına görə bir neçə dəfə təxirə salınıb.

Vurğulanıb ki, danışıqların davam etdirilməsi İsrailin Livana hücumlardan çəkinməsinə bağlıdır.

Mənbə İsrailin Livana hücumlarını bərpa edəcəyi təqdirdə, Pakistanda ABŞ-la danışıqların dərhal dayandırılacağını vurğulayıb.