İsrail İranın kəşfiyyat rəhbərini hədəfə alıb
18 Mart 2026
İranın kəşfiyyat idarəsinin rəhbəri İsmayıl Xətibin İsrailin Tehrana endirdiyi son zərbələrin hədəflərindən biri olduğu ehtimal edilir.
Bu barədə "Iran International" nəşri mənbələrə istinadən məlumat yayıb.
"Tehrana gecə hücumlarının hədəflərindən biri kəşfiyyat naziri İsmayıl Xətib olub. Onun taleyi naməlum olaraq qalır", - nəşrin məlumatında bildirilib.