Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrəvanın mərkəzində silah səsləri: Yaralılar var

İrəvan şəhərində atışma olub.

Ermənistan mətbuatının yazdığına görə, hadisə bu gün şəhərin mərkəzindəki evlərdən birinin həyətində baş verib.

Hadisə nəticəsində 43 və 35 yaşlarında olan iki kişi güllə yarası alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır, insidenti törədən şəxs axtarılır.