İrandan Əfqanıstana miqrant aparan avtobus qəzaya düşüb, 79 nəfər ölüb
20 Avqust 2025
İrandan Əfqanıstana qayıdan miqrantları daşıyan avtobus qəzaya düşüb.
BBC xəbər verir ki, Əfqanıstanda baş verən hadisə nəticəsində 79 nəfər ölüb. Ölənlərin arasında 19 uşaq var.
Avtobus İrandan qayıdan əfqanıstanlı miqrantları Kabil şəhərinə apararkən motosiklet və yanacaq daşıyan yük maşını ilə toqquşub.
BMT-nin miqrasiya agentliyinin məlumatına görə, bu ilin başlanğıcından bəri İran və Pakistandan Əfqanıstana qayıdan miqrantların sayı təxminən 1.5 milyon hesablanıb.